Terapist.az - əlçatan psixoloji dəstək platforması
Peşəkar Psixoloqlar ilə terapiya seansları və sizin üçün özəl hazırlanmış resurslar ilə mental sağlamlığınzın qeydinə qalın.
Haqqımızda
Biz, şəxsi inkişafına töhfə vermək, mental sağlamlığının qeydinə qalaraq həyat keyfiyyətini yüksəltmək istəyən yeniyetmə və yetişkinlərə dəstək olmaq məqsədilə Türkiyə və Azərbaycandan peşəkar psixoloqları bir araya gətirmişik. Layihəmiz çərçivəsində sizə ehtiyaclarınıza uyğun olaraq, münasib qiymətə psixoloji dəstək təklif edirik. Seanslarımız həm online (video zəng, səsli zəng və ya yazışma), həm də əyani formada keçirilir. Sağlam və daha dolğun bir həyat üçün sizə dəstək olmaqdan məmnuniyyət duyarıq!
Xidmətlərimiz
Online seanslar
Səsli və görüntülü zəng ilə seanslar psixoloji dəstək almaq üçün interaktiv və təsirli bir yol təqdim edir. Üz-üzə seansların rahatlığını ev şəraitində yaşamaq istəyən, emosiyalarını birbaşa ifadə etmək üçün danışmağı üstün tutan, daha canlı ünsiyyətə ehtiyacı olanlar üçün idealdır.
Əyani seanslar
Üz-üzə terapiya psixoloji dəstək almağın ənənəvi və effektiv formalarından biridir. Birbaşa əlaqə qurmaq, terapevtlə daha dərin emosional bağlılıq hiss etmək və qeyri-verbal ünsiyyət vasitələrindən (bədən dili, jestlər) faydalanmaq istəyənlər üçün idealdır. Bu yanaşma, həmçinin, məxfilik və sakit mühit təmin edərək, terapiya prosesinə tam fokuslanmağa imkan yaradır.
Resurslar, təlim və workshoplar
Resurslar, Terapist.az platformasında psixoloji sağlamlıqla bağlı müxtəlif mövzularda faydalı və etibarlı məlumat əldə etmək üçün nəzərdə tutulmuşdur. Burada depressiya, narahatlıq, stressin idarə edilməsi, şəxsi inkişaf və digər mövzularla bağlı məqalələr, videolar və interaktiv məzmunlar təqdim edilir. Məqsədimiz, istifadəçilərə psixoloji rifahlarını artırmaq üçün praktiki vasitələr və məlumatlar təqdim etməkdir. Bu resurslar, həmçinin, terapiya prosesinə dəstək olmaqla yanaşı, problemlərinizi anlamağa və öz inkişaf yolunuzu tapmağa kömək edir.
Komandamızla tanış ol!
-
Nigar Abdurrəhmanova
Psixoloq
-
Seyidfatimə Abbasova
Psixoloq/Psixoterapevt
-
Güllüxanım Unsizadə
Psixoloq
-
Lalə Əhmədova
Klinik Psixoloq
“Pasiyentlə səmimi münasibət qurabilmə bacarığınız mükəmməl. Ödəniş cəhətdən də əlasınız çox bəyəndim. Əsas mottonuz ödənişin yüksək olması deyil də, keyfiyyətin yüksək olmasıdır. Sizdə elə ən çox da bunu sevdim.”
— Terapist.az Müştərisi